Masallıda qeyri-adi bulvar salınır

Masallı rayonunda böyük bir layihənin icrasına start verilib.
 
Virtualaz.org saytı xəbər verir ki, Masallıda Viləş çayının sahilində qeyri-adi park-bulvar salınır. Hazırda bəndvurma işləri həyata keçirilir.
 
Park ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 km uzunluğunda olacaq. Sonrakı mərhələdə parkın uzunluğu 5 kilometrə qədər uzadılacaq.
 
Park-bulavrda bir sıra obyektlər inşa ediləcək. Burada uşaq əyləncə mərkəzi, mini futbol və voleybol meydançaları salınacaq. Parkın bir hissəsində qədim Masallını özündə əks etdirən guşə də olacaq.
 
Park-bulvarın üzərində piyadaların keçidi üçün 3 körpü də inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. İnsanlar park ərazisində qayıqla gəzintiyə də çıxa biləcəklər. Masallının simasını dəyişəcək park-bulvarın 2016-cı ilin sonunda istifadəyə veriləcəyi bildirilir. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru