Pambıq əkini sahələri minimuma enib

İyunun 1-i üçün Azərbaycanda pambıq əkini sahələri 18,3 min ha olub. Bu, 2014-cü ildəkindən 21,1% azdır. Rəqabət olmadığı üçün fermerlər məhsulu ucuz satmalı olur. Nəticədə bir çoxları növbəti ildə pambıq əkmir.
 
2011-ci ildən ölkədə pambıq əkini sahələri azalır. 2011-ci ildə 42,8 min ha sahədən pambıq yığılıb. 2013-cü ildə fermerlər 23,4 min ha pambıq əkiblər.   
 
2014-cü ildə Azərbaycanda 41 min ton pambıq yığılıb. Bu, 2013-cü ildəkindən 5,2 min ton  (9,3%) azdır. Məhsuldarlıq 1 ha-dan 17,9 sentner olub. Bu, 2013-cü ildəkindən 1,4 s azdır.
 
On il əvvəl Azərbaycanda 112,4 min ha sahədən 196,6 min ton məhsul yığılıb.   
 
Pambığın tonu 410-420 manata alınır. Xərclər nəzərə alınanda rentabellilik 10-15% təşkil edir, deyə fermerlər bildirir. “MKT İstehsalat Kommersiya” şirkəti ölkədəki 25 pambıqtəmizləmə zavodundan 17-ə nəzarət edir  contact.az /.

Google+ WhatsApp ok.ru