Masallı polisinin qarşısında özünü yandıran kimdir və buna səbəb nə olub?

Masallı polisinin qarşısında özünü yandıran kimdir və buna səbəb nə olub?

-- 1995-ci il təvəllüdlü Rafiq Zeynalov adlı bir nəfər..

Ötən gün axşamüstü Masallı Polis şöbəsinin qarşısında Rayon sakini 1995-ci il təvəllüdlü Rafiq Zeynalov adlı bir nəfər özünü yandırıb. 
 
Özünü yandıran şəxsə məhkəmə tərəfindən 5 min manat cərimə kəsildiyi bildirilir. 
 
Həmin şəxs ağır vəziyyətdə Bakıya aparılıb. 
 
Onu xilas etmək istəyən 2 polis işçisi isə müxtəlif dərəcəli xəsarətlər alıb. 
 
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb..(cenubxeberleri)
 

Google+ WhatsApp ok.ru