Masazırda 23 yaşlı fəhlə hündürlükdən yıxılıb

Masazırda 23 yaşlı fəhlə hündürlükdən yıxılıb

Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.
 
1996-cı il təvəllüdlü Məmmədov Pərviz Hüseyn oğlu Masazırda yerləşən çoxmərtəbəli binadan yıxılıb.
 
O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.
 
Bildirilir ki, P.Məmmədov həmin binada fəhlə işləyirmiş. (Report)
 

Google+ WhatsApp ok.ru