Mavritaniyada bağlanılan Quran kursları yenidən açılacaq

Mavritaniya hökumətinin bəzi Quran kurslarını bağlamaq məsələsində geri addım atdığı bildirilib.
 
Maide.az xəbər verir ki, yerli mənbələrə rəsmi şəxslər istinadən kursların iki ay sonra fəaliyyətlərinə yenidən başlayacaqlarını bildiriblər.
 
Qeyd edək ki, ölkədə təxminən 2 ay əvvəl "icazələri olmadığı" səbəbilə bəzi Quran kursları bağlanmışdı. Hökumətin kursları bağlamaq qərarı, xalq tərəfindən etirazla qarşılanmış, siyasi və elmi dairələrdən mühüm şəxslər tərəfindən "xalqın namusuna hörmətsizlik" kimi qiymətləndirilərək tənqid edilmişdi.
 
Mavritaniyanın baş naziri Yəhya Vələd Hadem qərarın hökumətin Quran kurslarının fəaliyyətini yeni qanunvericilik çərçivəsində gördüyünü qeyd etmişdi.

Google+ WhatsApp ok.ru