May ayının qeyri-iş günləri açıqlandı – RƏSMİ

Nazirlik məlumat yayıb.
 
May ayında 9 May - Qələbə Günü və 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günlərinin sayı məlum olub.
 
Maide.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2016-cı ildə 9 may bazar ertəsinə, 28 may şənbə gününə təsadüf edir.
 
28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.
 
Beləliklə, may ayında 9 May Qələbə Günü və 28 May Respublika Günü ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq. /

Google+ WhatsApp ok.ru