Sabaha olan hava haqqında məlumat 02 May 2016 01:00 Ölkə Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən xəbərə görə, havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. / Teqlər : #Sabaha olan hava haqqında məlumat, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru May ayının qeyri-iş günləri açıqlandı – RƏSMİ Nardaranda `İmam Zaman (əc)` mədrəsəsinin binası polislərin müşaiyəti ilə sökülür