May yağışla başlayacaq

Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam müləyimləşəcək.
 
Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq. 
 
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  
 
Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Google+ WhatsApp ok.ru