“Oyunlar zolağı”na daxil olan sürücülərə hansı cəza veriləcək?

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”na daxil olan sürücülərə hansı cəza verilməsinə dair açıqlama verib.
 
Maide.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyev oxu.az-a bildirib ki, Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı” tam çəkildikdən sonra və ərazidə müvafiq yol nişanları qoyulduqdan sonra sürücülərə göstəriş veriləcək.
 
Kamran Əliyevin sözlərinə görə, hazırda sürücülər “Oyunlar zolağı”nda sərbəst hərəkət edə bilərlər:
 
“Hazırda “Oyunlar zolağı”nda hərəkət edən sürücülər üçün heç bir cəza nəzərdə tutulmayıb. “Oyunlar zolağı”nda sürücülərin hərəkətinə qadağanedici heç bir nişan quraşdırılmayıb. Xüsusi zolaq tam çəkildikdən sonra, orda müvafiq yol nişanları quraşdırılacaq və sürücülərə göstəriş veriləcək”. 
 
DYP rəsmisi qeyd edib ki, “Oyunlar zolağı” ətrafında müvafiq nişanlar quraşdırıldıqdan sonra ictimaiyyətə bu haqda geniş məlumat veriləcək.

Google+ WhatsApp ok.ru