Mübarək Ramazan ayında sionist malları boykot edilir

Fələstin xalq komitələri Fələstin ərazilərində sionist malların boykot edilməsinin təbliğinə başlayıblar.
 
Qüds xəbər agentliyinin məlumatına görə, Fələstin xalq komitələri mübarək Ramazan ayının başlanması ilə qərb sahilinin cənubunda yerləşən Beyt-Ləhmdən sionist malların boykot edilməsinə başlayaraq, bütün Fələstin boyu sionist məhsulları boykot etmək niyyətindədirlər.
 
Fələstin xalq komitələrinin üzvləri və tərəfdarlarından bir qrupu üzərlərində sionist malların boykot edilməsini əks etdirən şəkillər olan plakatlar daşıyaraq, aksiya keçirib.
 
Aksiya iştirakçıları vurğulayıblar ki, sionist malların boykot edilməsi sionist işğalçılara qarşı müqavimət və onların Fələstindən qovulması strategiyasının bir hissəsidir./

Google+ WhatsApp ok.ru