MC-21 sərnişin təyyarəsinin ilk sınaq uçuşu baş tutub  - VİDEO

MC-21 sərnişin təyyarəsinin ilk sınaq uçuşu baş tutub - VİDEO

Rusiyanın ən yeni, orta və yaxın magistral MC-21 sərnişin təyyarəsi İrkutskda yarım saat ərzində 1000 metr hündürlükdə saatda 300 kilometr sürətlə ilk uçuş həyata keçirib.
 
MC-21 təyyarəsi Boeing-737 MAX və Airbus A320neo-ya rəqib olaraq çıxış edir. Layner TU-154 tipli köhnəlmiş təyyarələrə əvəz kimi yaradılır. 2018-ci ilin sonu və ya 2019-cu ilin əvvəlləri üçün MC-21-in ilk uçuşa hazır nümunələri “Aeroflota” təqdim edilməlidir.
 
Hazırda MC-21 təyyarəsi ilə bağlı 285 sifariş var. (avtoreyd) /

Google+ WhatsApp ok.ru