Müdafiə Nazirliyi: Tovuzda ermənilərin kəşfiyyat-diversiya qrupunun 4 üzvü məhv edilib, biri isə tutulub 07 Avqust 2014 01:00 Ölkə Bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulub. Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır. / Teqlər : #Müdafiə Nazirliyi: Tovuzda ermənilərin kəşfiyyatdiversiya qrupunun 4 üzvü məhv edilib,#biri isə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskvada İsrail əleyhinə izdihamlı mitinq keçirilib Azərbaycan-İran biznes forumu keçirilib (Foto)