Moskvada İsrail əleyhinə izdihamlı mitinq keçirilib

Artıq bir aya yaxındır ki, Amerikanın ən yeni silahlarıyla təchiz olunmuş İsrail uşaq, qoca, qadına belə rəhm etmədən,  xüsusi bir amansızlıqla  Qəzza əhalisini soyqırıma məruz qoyur. Dünya ictimaiyyəti qətliamlara etiraz edərək “bu vəhşiliklər müqabilində biz susmamalıyıq. Uşaq qatillərinin cinayətlərinə “Yox” deməliyik! “ süarları ilə küçələrə çıxırlar.
 
Mitinqlərdən biri də Moskvada keçirilib. Mitinqdə müxtəlif xalqların nümayəndələri, siyasi partiya və ictimai təşkilatların təmsilçiləri, o cümlədən, Rusiyada yaşayan azərbaycanlılar da iştirak ediblər.

Google+ WhatsApp ok.ru