Müdafiə nazirləri Azərbaycana gəlir

Müdafiə naziri general-polkovnik  Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Səfər çərçivəsində  Naxçıvan şəhərində Müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli  formatda danışıqlar, Əlahiddə Ümum qoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra  digər tədbirlər nəzərdə tutulub.  

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri   avqustun 19-dək davam edəcək.

Google+ WhatsApp ok.ru