Müdafiə naziri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri təyyarələrinin döyüş atışlı təlimlərini izləyib

Oktyabrın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub.
MiQ-29 və F-16 qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etrməklə müxtəli manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər.
Yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışları yerinə yetirən MiQ-29 təyyarələrinə F-16 qırıcıları havadan dəstək veriblər.

 

Google+ WhatsApp ok.ru