Müdafiə Nazirliyindən itkilərlə bağlı xəbərə - MÜNASİBƏT 02 Mart 2015 02:00 Hərb Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir. Maide.az xəbər verir ki, bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V. Dərgahlı bildirib: “Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyildir”. Ermənistan KİV-ləri, həmçinin hərbi toqquşma zamanı Ermənistanın iki hərbçisinin – Artak Sedrakoviç Agekyan (1979-cu il) və Ayk Qrioqoroviç Baroyan (1995-ci il) – öldürüldüyü barədə məlumat yayıblar. Teqlər : #Müdafiə Nazirliyindən itkilərlə bağlı xəbərə MÜNASİBƏT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissədə toplantı keçirib Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini sutka ərzində 50 dəfə atəşə tutub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'