Müdafiə naziri: `Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə işbirliyi xüsusi yer tutur` 27 İyun 2015 01:00 Hərb "Ortaq dil, din, qədim tarix və mədəni dəyərlərə sahib olan əlaqələrimiz, qarşılıqlı münasibətlər və sarsılmaz iradə əsasında inkişaf etməkdədir". Bunu Ankarada, Azərbycanın səfirliyində Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən təbdirdə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib. Nazir qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ilə ən yaxın və səmimi münasibət quran dövlətlərdəndir: "Dost və qardaş Azərbaycan Qafqazda Türkiyənin təbii müttəfiqidir. Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə işbirliyi xüsusi yer tutur. Bu əlaqələrimiz sadəcə Silahlı Qüvvələrin inkişaf etməsi deyil, həm də bölgədə sülhün, sabitliyin etibarlılığın yaranması və qorunması baxımından böyük əhəmiyyət daşımaqdadır". Tədbirə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ikinci müavini general Yaşar Gülər, Hərbi Hava Qüvvələri komandanı general Akın Öztürk, habelə başqa ölkələrin Ankaradakı diplomatları da qatılıblar. Ziyafətin sonunda Azərbaycan xalq rəqsləri dərnəyi konsert proqramı ilə çıxış edib. Teqlər : #Müdafiə naziri: `Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə işbirliyi xüsusi yer tutur`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub Rusiya Ermənistana silah təminatı üçün 200 milyon dollar imtiyazlı kredit verir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'