Müdafiə nazirliyi itki olmadığını bildirir

Ermənistan saytlarının cəbhədə Azərbaycan tərəfinin itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır”.
 
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
 
Nazirliyin məlumatına görə, öz aralarında baş verən atışma nəticəsində 2 erməni əsgəri ölüb, bir neçəsi yaralanıb. Azərbaycan ordusu isə sutka ərzində heç bir itki verməyib.
 
Ermənistan mətbuatı avqustun 28-də Azərbaycan tərəfinin 20-25 nəfərlik xüsusi təyinatlı qüvvələrlə təxribat törətməyə cəhd göstərməsi və itki verməsi varədə məlumat yayıb.

Google+ WhatsApp ok.ru