Müdafiə Nazirliyinin hərbi hissələrinə baxış keçirilib 02 Mart 2016 02:00 Hərb Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin bölgələrdə yerləşən hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən Maide.az-a verilən xəbərə görə, aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanalarına, yeməkxanalara, tibb məntəqələrinə baxışlar keçirilmiş, hərbi qulluqçuların məişət şəraiti öyrənilib. Hərbi qulluqçuların məişət şəraiti, onlarla rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə döyüşə daim hazırlıq, vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib. Ombudsman Aparatının əməkdaşları hərbi qulluqçularla görüşlər keçirib, insan hüquqlarının qorunması, xalqımıza qarşı törədilmiş hərbi cinayətlərlə bağlı məlumat verilib. Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb. Teqlər : #Müdafiə Nazirliyinin hərbi hissələrinə baxış keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki ayda Azərbaycan 8 hərbçisini itirib – STATİSTİKA Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 120 dəfə atəş zərbəsi endirib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'