Müdafiə Nazirliyi: Təmas xəttində vəziyyət gərgin və stabildir

Təmas xəttində vəziyyət gərgin və stabildir.
 
Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
 
V. Dərgahlı deyib ki, bu gecə erməni silahlı bölmələri Tərtər-Ağdərə və Xocavənd–Füzuli istiqamətində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Ölən və yaralanan yoxdur.
 
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir./
 

Google+ WhatsApp ok.ru