Müdafiə Nazirliyinin mətbuat xidməti feysbuk istifadəçilərinə müraciət edib 07 Aprel 2016 01:00 Hərb Müdafiə Nazirliyinin mətbuat xidməti feysbuk istifadəçilərinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən Maide.az verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi feysbuk səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, feysbuk sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”. Feysbuk istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur. Teqlər : #Müdafiə Nazirliyinin mətbuat xidməti feysbuk istifadəçilərinə müraciət edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəlbəcərdə iki erməni hərbçisi ölüb Cəbhəyanı bölgələrdə minatəmizləyənlərdən ibarət çevik qruplar yaradılıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'