Müdafiə Nazirliyi: Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib - VİDEO 13 İyul 2019 11:23 Hərb Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazalarından birində yerləşən Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib. Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, uçuş heyətinin döyüş hazırlığının artırılması və yüksək səviyyədə saxlanılması məqsədilə planlı uçuşlar gündüz və gecə vaxtı icra olunub. Bazalanma aerodromlarından qrup şəklində uçuşlar edən aviasiya vasitələri poliqonlarda işarələnmiş və havadan işıqlandırılan şərti düşmənin yerüstü hədəflərinə müxtəlif kalibrli aviasiya bombaları və raketlərlə hava zərbələri endiriblər. Planlı məşqlər zamanı qarşıya qoyulan tapşırıqlar uçuş heyəti tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib. Teqlər : #Müdafiə,#Nazirliyi:,#Su25,#hücum,#təyyarələri,#döyüş,#atışlı,#uçuş,#məşqləri,#keçirib,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək Bu gecə atəşkəsin pozulması nəticəsində “Qazax” sərhəd dəstəsinin əsgəri yaralanıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'