Mehran-Zərbatiyə sərhəd buraxılış məntəqəsindən Kərbəla zəvvarları üçün gediş-gəliş asanlaşdırılır

Mehran-Zərbatiyə sərhəd buraxılış məntəqəsindən Kərbəla zəvvarları üçün gediş-gəliş asanlaşdırılır

İlam – Mehran maqistral yolunun ikinci hissəsinin təmir və yenidənqurma işləri tezliklə başlayacaq. Bu yolun tikintisi ilə İlam-Mehran istiqamətində tıxac problemi aradan qaldırılacaq. 
 
Maide.Az xəbər verir ki, bunu İranın nəqliyyat və yolların mühafizəsi təşkilatının sədri Davud Keşavərzian deyib. 
D.Keşavərzian deyib ki, Ərbəin ziyarətində milyonlarla İmam Hüseyn (ə) aşiqi Mehran sərhəd buraxılış məntəqəsindən gediş-gəliş edir, elə buna görə də hökumət bu istiqamətdə yolların qorunması və gediş-gəlişin rahatlığına diqqət edir. “İran və İraq arasında digər sərhəd-buraxılış məntəqəsi olsa da Ərbəin ziyarəti üçün zəvvarların 67 faizi Mehran sərhəd buraxılış məntəqəsindən gediş-gəliş edir. Zəvvarların ehtiyaclarını təmin etmək üçün bütün gücümüzü səfərbər etmişik. Mehran-Zərbatiyə sərhəd buraxılış məntəqəsində zəvvarlar üçün gediş-gəlişi asanlaşdırmağa çalışırıq”. 
 
Mehran sərhəd buraxılış məntəqəsi İlam şəhərinin 85 kilometr cənub-qərbində yerləşir. Ötən il Ərbəin ziyarəti zamanı bu sərhəd buraxılış məntəqəsindən 2 milyondan çox zəvvarın keçdiyi bildirilir.  
İlam əyalətinin rəsmiləri bildirib ki, ötən il dünyanın 32 ölkəsindən zəvvarlar Ərbəin ziyarətində işirak etmək üçün Mehran sərhəd-buraxılış məntəqəsindən gediş-gəliş ediblər.⁠⁠⁠⁠

Google+ WhatsApp ok.ru