Bakıda tibb müəssisəsi 3 gündür işıqsız qalıb

Bakıda tibb müəssisəsi 3 gündür işıqsız qalıb

 
Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 6 saylı şəhər poliklinikası 3 gündür işıqsız qalıb.
 
Poliklinikanın baş həkiminin müavini Gülmira İbrahimova bildirib ki, sentyabrın 27-dən işıq yoxdur. Buna görə də, laboratoriya, ulstrasəs müayinəsi (USM), rentgen və diş kabinetlərinin fəaliyyəti dayanıb. “Dünən, sentyabrın 28-də günortaya qədər fasilələrlə işıq verildi. Amma ondan sonra işıq kəsilib və 1 sutkadır ki, verilmir. Dəfələrlə işıq idarəsi ilə əlaqə yaradılıb”, – G.İbrahimova söyləyib.
 
Xətai rayon enerji satışı və təchizatı idarəsindən poliklinikaya bildiriblər ki, kabel yanıb, dəyişməsi üçün vaxt lazımdır: “Dedilər ki, kabellər torpağın altında yerləşir, buna görə də, sıradan çıxmış xətti tapmaq vaxt aparır. Hələ də iş gedir. Laboratoriya işləmədiyindən, xəstələr geri qayıdırlar. Buna görə də, heç olmasa, bu gün işıq veriləcəyini gözləyirik”.
 
Səhiyyə Nazirliyindən isə deyiblər ki, vəziyyətdən xəbərdardılar. Poliklinikaya elektrik verilişinin bərpa edilməsi üçün əlaqədar qurumlara müraciət olunub. (virtualaz.org)

Google+ WhatsApp ok.ru