Meksikada 6 nəfər istidən öldü

Meksikada 6 nəfər istidən öldü

Meksikanın şimal-qərbində Sonora ştatında yüksək isti səbəbindən 6 nəfər dünyasını dəyişib.
 
Bu rəqəmi ştatın səhiyyə idarəsi təsdiq edib.
 
Həlak olanların hamısı günvurma və orqanizmin susuz qalması səbəbindən ölüb.
 
Hazırda 25 nəfər günvurma diaqnozu ilə xəstəxanalarda müalicə olunur.
 
Qeyd edilir ki, son günlər Sonorada havanın hərarəti kölgədə 40, bəzən isə hətta 50 dərəcəyə qədər yüksəlir. Bununla yanaşı, belə kəskin isti çox yüksək rütubətlə müşayiət olunur ki, bu, nəfəs almanı çətinləşdirir.
 
Meteoroloqlar belə isti havaların hələ davam edəcəyi barədə xəbərdarlıq edib.(trend) /

Google+ WhatsApp ok.ru