Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

Ölənlərin sayı 273 nəfərə çatıb

Meksikada güclü zəlzələdən sonra təqribən 200 nəfər itkin düşmüş hesab olunur.
 
Bunu ölkənin mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente deyib.
 
O həmçinin əlavə edib ki, zəlzələ paytaxt Mexikoda 44-ə yaxın evi dağıdıb.
 
Puentenin sözlərinə görə, yaxın vaxtlarda daha bir neçə tikili yeraltı təkanlar nəticəsində dağıla bilər.
 
Zəlzələ nəticəsində ölənlərin sayının 273 nəfərə çatıb. (report) /

Google+ WhatsApp ok.ru