Meksikada arxeoloqlar Çin farforunun qədim məmulatlarını aşkar ediblər 15 Oktyabr 2016 01:00 Dünya Qab-qacaqların qalıqları təxminən 16-17 əsrə aiddir Bakı. 15 oktyabr. REPORT.AZ/ Meksika arxeoloqları Akapulko liman şəhəri sahilində Çin farforundan 400 illik minlərlə məmulatlarının qalıqlarını aşkar ediblər. Xəbər verilir ki, bu barədə "RİA Novosti" Meksikanın Antropologiya və Tarix üzrə Milli İnstitutuna istinadən məlumat yayıb. Məlumata görə, arxeoloji qazıntıların gedişatında tapılmış qab-qacaqların qalıqları təxminən 16-17 əsrə aiddir. Bu onlara izah olunur ki, o vaxtlar Maniladan gələn gəmilər birinci Akapulko limanına çatırdı. Gəmilər başqa malların arasında həmçinin Çin farforunu da çatdırırdılar. İnstitutun Sualtı Arxeologiya Departamentinin tədqiqatçısı Roberto Xunkonun sözlərinə görə, aşkar edilmiş tapıntılar imperator Vanlinin dövründə istehsal edilib. Tapıntıları tədqiq edən arxeoloq bu qənaətə gəlib ki, onlar Fuçzyan əyalətinin Çjançjou şəhərinin ərazisində, həmçinin "farforun paytaxtı" adlandırılan Çzindeçjen şəhərində istehsal edilib. (report) / Teqlər : #Meksikada arxeoloqlar Çin farforunun qədim məmulatlarını aşkar ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanadada turist avtobusu aşıb, 26 nəfər xəsarət alıb Şimali və Cənubi Amerika ölkələrində 20 jurnalist öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO