Meksikada həbsxanada baş verən kütləvi davada 16 nəfər öldürülüb 01 Yanvar 2020 12:57 Dünya Meksikanın Sakatekas ştatının hakimiyyət orqanları Menli Sosial Reinteqrasiyası Regional Mərkəzinin məhbusları arasında kütləvi toqquşmanın baş verdiyini bildirib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Bildirilir ki, kütləvi dava zamanı azadlıqdan məhrum edilmiş 16 nəfər həlak olub, daha 5nəfər yaralanıb. "Hüquq-mühafizə orqanlarının birgə müdaxiləsi nəticəsində məhbusların təxminən 17 saatlıq davası dayandırılıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, xəstəxanaya 6 yaralı çatdırılıb. Yaralılardan biri sonradan ölüb", - deyə Sakatekas ştatının Təhlükəsizlik Nazirliyinin açıqlamasında bildirilir. Toqquşmalardan sonra həbsxanadan 4 odlu və 1 soyuq silah götürülüb. Məlumatda bildirilir ki, 1 həftə əvvəl həbsxanaya ümumi baxış keçirilib və müxtəlif qadağan olunmuş əşyalar müsadirə olunub. Teqlər : #Meksikada,#həbsxanada,#baş,#verən,#kütləvi,#davada,#nəfər,#öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün dünyada 392 min uşaq dünyaya gəlir İndoneziyada daşqınlar nəticəsində 21 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO