Merkel: Almaniyada islamafobiyaya yer yoxdur

Almaniya kansleri Angela Merkel Drezdendə keçirilmiş anti-islam nümayişini pisləyib və bildirib ki, Almaniyada islamafobiyaya və ya hər hansı digər dini azlıqlara qarşı nifrətə yer yoxdur .  " Qaçqın evlərinin divarlarında yazılar yazılanda, insanlar radikal lozunqlarla çıxışlar edəndə  - dözülməzdir".

Maide.az-ın məluamtına görə, ötən gün həmçinin Angela Merkelin nümayəndəsi Kristian Virts bu mövzuda çıxış edərkən Kanslerin adından bunları söyləyib : " Hakimiyyətin və kanslerin adından qəti şəkildə bildirirəm ki, insanların dini inancından asıllı olmayaraq Almaniyada dini ayrı seçkiliyə yer yoxdur. Bu ölkədə islamafobiyaya, antisemitizmə və digər  istənilən ksenofobiyaya və rasizme yer yoxdur." //

Google+ WhatsApp ok.ru