Metroda daha böyük platformalar tikilir

Yeni tikilən metro stansiyalarda platformanın uzunluğu 144 metrdən ibarətdir. Bundan sonra "Bənövşəyi xətt"də tikiləcək bütün stansiyaların uzunluğu 144 metr olacaq. Bu isə mövcud stansiyalardan daha böyük məkan deməkdir.
 
Maide.az xəbər verir ki, bu sözləri axar.az-a Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev deyib.
 
Onun sözlərinə görə, 7 vaqonlu qatarlar həm də sərnişin tutumuna görə daha səmərəli olacaq:
 
"Yeni stansiyaların daha uzun olması səbəbi ilə biz 7 vaqonlu qatarlardan istifadəni nəzərdə tutmuşuq. Lakin ilkin mərhələdə 5 vaqonlu qatarlardan istifadə ediləcək".
 
Qeyd edək ki, hazırda istifadədə olan stansiyalarda platformanın uzunluğu 104 metrdir.

Google+ WhatsApp ok.ru