İran və Azərbaycan birlikdə dərman istehsal edəcək

Bu gün İranın Sosial Müdafiə Təşkilatının İnvestisiya Şirkətinin rəhbəri cənab Rza Rayi Bakıya səfər edib . Bu şirkət İranın ən böyük investisiya şirkətidir. Bunu Maide.az-a müsahibəsində İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsin Pakayin deyib. 
 
M. Pakayin deyib ki,  Cənab Rayi Azərbaycanın iqtisad naziri, səhiyyə naziri və digər rəsmiləri ilə görüşlər keçirəcək. "Səfərdən məqsəd iki ölkə arasında birgə dərman istehsalı sahəsində əməkdaşlıq məsələsini müzakirə etməkdir. Bu səfər önəmli səfərdir."
 
M.Pakayin həmçinin deyib ki, tezliklə İranın Şərqi Azərbaycan əyalətinin ticarət palatasından nümayəndə heyəti və  həmçinin Ərdəbil əyalətinin başçısı cənab Məcid Xudabəxş  Azərbaycan səfər edəcək. /

Google+ WhatsApp ok.ru