Metro istifadəçilərinə yeni xəbərimiz var

Mayın 15-dən Bakı metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb. Qrafik metropolitendə havalandırma sisteminin səmərəli təşkili məqsədilə tərtib olunur.

Maide.Az-a daxil olan məlumata görə, "Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığı ilə ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə yeni ölçü cihazları alınıb və müvafiq iş planı hazırlanıb.

Monitorinq zamanı stansiya və tunellərdə oksigen və karbon qazının miqdarı, rütubət, hava kütləsinin axın istiqamətləri və sürəti, ventilyatorların işçi vəziyyəti öyrənilərək təhlil edilib. Ölçmələr hər stansiyanın 15-dək nöqtəsində aparılıb. Bura keçidlər, vestibüllər, avtomat buraxılış-nəzarət məntəqələri, eskalatorların və pilləkənlərin giriş və çıxış sahələri, stansiyalarda ventilyatorların yerləşdiyi əraziyə ən yaxın və ən uzaq nöqtələr və s. daxil idi.

Ventilyatorların işçi vəziyyəti və optimal gücü ilə bağlı vəziyyət öyrənilib. Təbii havalandırma ilə bağlı müşahidələr aparılıb. Hərəkət zamanı qatarların yaratdığı hava kütləsinin təsiri, həmçinin stansiyaların giriş və çıxışlarında hava axınının vəziyyətinin təhlili, yer təbəqəsinin sərinləşdirici xüsusiyyətləri, xəzri və gilavar küləklərinin təsiri və istiqaməti öyrənilib. Gecə növbəsində stansiya və tunellərdə çalışan işçilər arasında aparılan sorğular da nəzərə alınıb.

Yekunda təsdiq edilmiş yay mövsümünün hər iki qrafiki (hava hərarətinin 35º C-yə qədər olan həddi və 35º C-dən yuxarı göstəricilər üçün) elektrik enerjisində, ventilyasiya avadanlıqlarının istismarında qənaətə imkan verəcək. O, əməyin təşkilində faydalı iş əmsalının artırılmasına, ən vacibi, sərnişinlərə xidmət səviyyəsinin xeyli yüksəldilməsinə əsaslı təsir edəcək.

Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq. /

 

Metro istifadəçilərinə şad xəbər
Metro istifadəçilərinə şad xəbər

 

Google+ WhatsApp ok.ru