Metronun yeni stansiyasının açılacağı tarix bəlli oldu

"Bakı Metropoliteni"ndə növbəti stansiyanın 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulur.
 
Bu barədə Milli.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
 
Onun sözlərinə görə, plana uyğun olaraq metroda yeni stansiyaların inşası prosesi davam edir və hazırda "bənövşəyi xətt" üzərindəki növbəti stansiyanın tikinti işləri aparılır:
"Hazırda "bənövşəyi xətt" üzrə sayca üçüncü, hələlik şərti adı "B3" olan stansiyanın təhvil verilməsi üçün işlər gedir. İşlər qaydasında gedərsə və gecikmələr olmazsa, "B3" stansiyasının 2018-ci ildə tam inşa edilib istismara verilməsi planlaşdırılır. Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın yanında yerləşəcək həmin stansiya "Avtovağzal" və "Memar Əcəmi"dən sonra "bənövşəyi xətt" üzrə istismara veriləcək sayca 3-cü stansiya olacaq".

Google+ WhatsApp ok.ru