Mexiko aeroportunda güclü yanğın olub

Meksika paytaxtının beynəlxalq hava limanının ikinci terminalında güclü yanğın baş verib.
 
Sərnişinlər terminaldan dərhal təxliyyə olunub, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
 
Bir neçə nəfər dəm qazından zəhərlənib. Aeroportda baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Yanğın söndürülüb, hazırda hava limanının ştat rejimində işlədiyi bildirilir. 
 

Google+ WhatsApp ok.ru