Meydançaya ildırım düşməsi nəticəsində 10 futbolçu yaralanıb

Meydançaya ildırım düşməsi nəticəsində 10 futbolçu yaralanıb

 
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir
 
 Bosniya və Herseqovinanın "Oraşye" futbol komandasının məşq etdiyi meydançaya ildırım düşüb. 
 
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 10 futbolçu xəsarət alıb.
 
Həkimlər 19 yaşlı futbolçu Adin Alihodziçin vəziyyətinin ağır olduğunu və həyati təhlükəsinin davam etdiyini bildiriblər. Bundan başqa, 3 futbolçu xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, "Oraşye" Bosniya və Herseqovinanın ikinci liqasında mübarizə aparır və eyniadlı şəhəri təmsil edir. /

Google+ WhatsApp ok.ru