Meydan TV-nin əməkdaşı Şirin Abbasov 30 sutka həbs cəzası alıb

Sentyabrın 16-da yoxa çıxan Meydan TV-nin əməkdaşı  Şirin Abbasova 30 sutka inzibati cəza veriblər.
Contact.az bildirir ki, bu barədə vəkil Elçin Sadıqov Turana deyib.
Onun sözlərinə  görə jurnalist polisə müqavimət göstərməkdə günahlandırılır.
Vəkil deyib ki, onu jurnalistin saxlandığı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə buraxmasalar da, 30 sutka cəza barədə məlumat Ş.Abbasovun orada olan valideynlərinə verilib.
 
Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində (MCMBİ) saxlanılır. Vəkil Elçin Sadıqov bunu Turan agentliyinə təsdiq edib.
Onun sözlərinə görə, dünən jurnalist reketə qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Vəkil hələ də Abbasovun yanına buraxılmayıb. Ondan zorla etirafedici ifadələr alındığı və məhz buna görə vəkillə görüşdən məhrum edildiyi barədə narahatlıqlar var. /

Google+ WhatsApp ok.ru