Microsoft təsdiq etdi- Windows 10 istifadəçilərdən avtomatik casusluq edir

Microsoft təsdiq etdi- Windows 10 avtomatik casusluq proqramının dayandırılması mümkünsüzdür.
Maide.az xəbər verir ki, Microsoft Windows 10 proqramını təqdim etməklə elə bir istiqamətdə hərəkət edir ki ,yalnız Windows 7 və 8 proqramlarının çox professional istifadəçiləri yenilənmənin və Windows 10-a keçidin qarşısını ala bilərlər.
Microsoft-un vitse-prezidenti Joe Belfyur deyib ki, Windows 10 sistemin və istifadəçilərin rəftarını qeydə alaraq Microsofta göndərir.
Microsoft-un bəhanəsi sistemin daha yaxşı çalışması üçün bilmək istədiyi məlumatları əldə etməkdir.
Əgər siz məlumatı göndərməmək üçün hətta bütün mümkün seçimləri etsəniz və məlumatın göndərilməsinin qarşısını almaq üçün sistemin bütün imkanlarından yararlansanız belə, əməliyyat sisteminin özəyi yenə də öz funksiyasını yerinə yetirərək məlumatı göndərəcək. /
 

Google+ WhatsApp ok.ru