Qızı tərəfindən qızışdırılan ata 28 ay həbs cəzası aldı - VİDEO

Maide.az xəbər verir ki, birtaniyalı Davis Şaun 28 ay həbs, 10 il müddətinə isə sürücülük hüququndan məhrumetmə cəzası alıb. Buna səbəb isə onun sükan arxasında olarkən qızının həvəsləndirməsi nəticəsində maşını yüksək sürətlə idarə etməsi olub. Belə ki, 42 yaşlı Davis Northampton trasında olarkən 23 yaşlı qızının həvəsləndirməsi ilə avtomobilin sürətini 309 km/saat-a qədər qaldırıb. Heç bir qəza törətməməsinə rəğmən isə layiq olduğu cəzanı alıb.  

Bundan əvvəl isə o bir dəfə saatda 235 km-lə radara düşüb.

Amma cəza təkcə bununla bitməyib. Onun qızı da 2 illik sürücülük hüququndan məhrum edilib.

Google+ WhatsApp ok.ru