Mişel Obamadan Trampa çox sərt sözlər

Mişel Obamadan Trampa çox sərt sözlər

 
ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama, adını çəkmədən Respublikaçı Partiyanın prezidentliyə namizədi Donald Trampı tənqid edib.
 
Maide.Az-ın verdiyi xəbərə görə Mişel bildirib ki, prezidentliyə namizədlərdən birinin qadınlar haqqındakı sözləri, amansız, qorxuducu və yaralayıcıdır. Bu normal deyil, bu normal siyasətdən kənardır. Bu utancverici haldır. Hansı partiyaya üzv olduğunuzu, Demokrat, Respublikaçı və ya müstəqil olmağınızın əhəmiyyəti yoxdur. Heç bir qadın bu şəkildə rəftara layiq deyil.  /

Google+ WhatsApp ok.ru