Millət vəkili tribunaya `Terrorçu İsrail` plakatı ilə çıxdı

`Hələ də İsrailə terrorçu deyə bilməyən qorxaqlar və alçaqlar utansın`

İslamazeri.az-ın “Aksam”-a istinadən verdiyi xəbərə görə, Ədalət və İnkişaf Partiyasının Diyarbəkir millət vəkili Cuma İçten, işğalçı İsrailin Qəzza zolağına hücumlarına etiraz olaraq Türkiyə Böyük Millət Məclisində “Terrorçu İsrail” plakakatı ilə tribunaya çıxıb.
 
Cuma İçten çıxışı zamanı deyib: “Məzlum uşaqlar, insanlar terrorçu İsrailin zülmlərinə görə Allaha qovuşarkən insanlığın vicdanı ölməyə davam edir. Hələ də İsrailə terrorçu deyə bilməyən qorxaqlar və alçaqlar utansın.”

Google+ WhatsApp ok.ru