Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Azərbaycan Milli Məclisinin növbəti iclası dekabrın 16-da baş tutacaq.
 
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu apa-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 30 məsələ daxildir.
 
Bura Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlər və bəyannamələr, bələdiyyələrlə bağlı bir sıra sənədlər, o cümlədən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “İnformasiya vermək haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Dərman vasitələri haqqında” qanunlara, İnzibati Xətalar, Su və Miqrasiya məcəllələrinə dəyişikliklər daxildir.

Google+ WhatsApp ok.ru