Milli Məclis bir sıra qanunlara dəyişikliklər edib

 Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər edilib.
 
Bunlar “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" və "İcra məmurları haqqında" qanunlara dəyişikliklərdir.
 
Dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Google+ WhatsApp ok.ru