`MilliÖn` aparatından 1780 manat pul aparıblar

Abşeron rayonunun Digah qəsəbəsində yeni yaşayış massivində yerləşən marketlərdən birinə basqın olub. Hadisə Zəfər Qurbanova məxsus mağazada qeydə alınıb. Gecə saatlarında mağazanın dam hissəsini qıraraq ora daxil olan naməlum oğrular obyektdəki "MilliÖn" aparatını qıraraq, onun içərisindəki 1 780 manat pulu ələ keçiriblər. Həmçinin cinayətkarlar kassada olan 30 manatı, siqaretləri, spirtli və 8 ədəd energetik içki götürərək aradan çıxıblar.
Qeyd edək ki, mağazada müşahidə kamerası olsa da, obyekt sahibi marketi bağlayıb evə gedən zaman kameranı işə salmağı unudub. Bu səbəbdən, mağazaya daxil olan şəxslərin görüntüləri kameranın yaddaşına düşməyib.
Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru