Milli təhlükəsizlik nazirinin müavini işdən çıxarıldı

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Arsalan oğlu Əliyev bu gün Azərbaycan prezidentinin sərəncamı ilə vəzifəsindən azad olunub.
 
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.
 
Məlumata görə, MTN sistemindəki kadr islahatları davam etməkdədir. Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən şəxsin bu gün imzaladığı əmrlə MTN-in İsmayıllı və Daşkəsən rayon şöbələrinin rəisləri də tutduqları vəzifələrdən azad ediliblər. Bundan bir neçə gün öncə isə MTN-in Nərimanov rayon şöbəsinin rəisi işdən azad olunub.
 
Bütövlükdə isə MTN-in keçmiş rəhbərliyinin işdən azad olunmasından və ifşa edilməsindən sonra nazirliyin 120 əməkdaşı bu sistemdən xaric edilib. Onların 80 nəfəri sabiq nazir Eldar Mahmudovun yaxın qohumları və dostları olub. /

Google+ WhatsApp ok.ru