Sürücülərə şad xəbər - mobil telefonla ödəniş etmək olacaq

Parklama ödənişi asanlaşacaq
 
Bakıdakı parkomatlar daha funksional olacaq və artıq parklanmaya görə ödəniş edərkən, qəpik axtarmağa ehtiyac qalmayacaq. Çünki yaxın vaxtlarda ödəniş istər kağız pullarla, istərsə də plastik kartlarla mümkün olacaq. Amma yeniliklər bununla bitmir.
 
Sürücülərin bu istəkləri yaxın vaxtlarda reallaşacaq.
 
Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin operatoru Əziz Orucov deyir ki, parklanma haqqının ödənilməsi prosesi asanlaşacaq.
 
Bu zaman ödəniş üçün telefonun balansındakı vəsaitdən istifadə ediləcək. Hazırda göndərilən SMS-in ödənişli olub-olmayacağı məsələsi müzakirə edilir. Yeni funksiyalar üzərində testlər artıq yekunlaşıb və onların gələn ilin əvvəlindən tətbiq edilməsi nəzərdə tutulur. xezerxeber/
 

Google+ WhatsApp ok.ru