Milli Şura dünya ictimaiyyətinə səsləndi

Milli Şura dünya ictimaiyyətinə səsləndi

'Nardaran işi'ni unutmayın!'

“Milli Şura dünya ictimaiyyətindən ilahiyyatçı Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəmə prosesini diqqətlə izləmələrini istəyir”.
 
Milli Şuranın Koordinasiya Mərkəzi avqustun 3-dә növbəti iclasını keçirib. İclas barәdә MŞ-dan verilәn mәlumatda deyilir ki, həm qurumun üzvü olan, həm olmayan, müstəqil hüquqşünasların iştirakı ilə referenduma çıxarılan Konstitusiyaya düzəlişlər ciddi müzakirə olunub. Bununla bağlı bir neçə məruzə dinlənilib. Məruzələrdən sonra ətraflı fikir mübadiləsi aparılıb.
 
Müxalif biliklərdən Milli Şuranın Koordinasiya Mərkəzinin iyulun 3-de keçirilən toplntılarında müzakirə edilən məsələlərlə bağlı yaydıqları məlumatda belə deyilir.Məlumat avqustun 4-də yayılıb.
Məlumatda bildirilir: 
“Milli Şura Koordinasiya Mərkəzi bir daha o qənaətə gəlib ki, təklif olunan dəyişikliklərin irəli sürülməsi özü mövcud Konstitusiyanı pozmaq cəhdidir.
(Mövcud Konstitusiyanın 155-ci maddəsinə görə onun 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Təklif olunan dəyişikliklərdə isә 3-cü fəsildə müəyyənləşdirilmiş bir sıra əsas insan və vətəndaş hüquqları və azadlıqlarını məhdudlaşdırmaq nәzәrdә tutulur. Bundan əlavə Konstitusiyanın 155-ci maddəsi onun 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında təkliflərin referenduma çıxarılmasını qadağan etsə də, hazırda referenduma çıxarılan dəyişikliklər Konstitusiyanın 2-ci (Xalqın suverenliyi), 4- cü (Xalqı təmsil etmək hüququ), 6-cı (Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi), 7-ci (Azərbaycan dövləti) maddələrinə ziddir və ya onları məhdudlaşdırır).
Konstitusiyanın 3-cü fəslinə təklif olunan düzəlişlər bir qayda olaraq insan hüquq və azadlıqlarını məhdudlaşdırmaq mahiyyətlidir. Bundan əlavə, təklif olunan dəyişikliklər ölkəmizdə avtoritarizmi və rəsmən elan olunmasa da, artıq formalaşmış sülalə hakimiyyətini daha da möhkəmləndirməyə xidmət edəcək. Milli Şura hesab edir ki, ümumiyyətlə, bu dəyişikliklər ilk növbədə İlham Əliyevin istədiyi vaxt hakimiyyəti xalq tərəfindən seçilməyən ailə üzvlərindən birinə asanlıqla ötürə bilmәsi üçün meydana çıxıb. Milli Şura ölkənin əsas qanununa bu şəkildə qeyri-ciddi münasibəti qəbul etmir. Milli Şura Konstitusiyaya təklif olunan düzəlişləri birmənalı şəkildə pisləyir, onların qəbul edilməməsi üçün bütün mümkün olan qanuni vasitələrdən istifadə edəcək. Milli Şura Konstitusiya dəyişikliklərinə mane olmaq üçün atacağı konkret addımlarla bağlı xalqa müraciətlə çıxış edəcək”, – deyә mәlumatda bildirilir.
 
İclasda bundan başqa, Tale Bağırzadə başda olmaqla, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin üzərində qurulmuş məhkəmənin gedişi də müzakirə olunub. ABŞ və bir çox aparıcı Avropa dövlətlərinin diplomatlarının müşahidəçi kimi 3 avqust prosesini izləmələri təqdir edilib. Vurğulanıb ki, məhkəmə araşdırmasının elə ilk günündə Tale Bağırzadə verdiyi sərbəst ifadəsində hakimiyyət orqanlarının onu və sədri olduğu Müsəlman Birliyi Hərəkatı üzvlərini təxribata çəkmək üçün necə planlar qurduğunu açıqlayıb, xüsusilə də Milli Şuranı, onun sədri Cəmil Həsənlini və AXCP sədri Əli Kərimlini Nardaran hadisələrilә zorla əlaqələndirmək üçün ona verilən dəhşətli işgəncələri təsvir edib.
 
“Tale Bağırzadə ifadəsində bildirib ki, “bandotdel”də əvvəlcə ona istintaq tərəfindən Milli Şuraya qarşı iş birliyi təklif edilmiş, Milli Şura liderləri əleyhinə yalan ifadə verəcəyi tədirdə ona elan olunmuş ittihamların yüngülləşdiriləcəyi vəd olunmuş, Tale Bağırzadə belə bir yalan ifadəni verməkdən imtina etdikdən sonra isə ona 3 gün ərzində amansız işgəncələr verilmişdir. Tale Bağırzadə ifadəsində bildirib ki, Milli Şura liderləri əleyhinə yalan ifadə verməyi ona “bandotdel”in Terrorla Mübarizə Şöbəsinin Kərim adlı müdüri təklif etmiş, bu təkliflə razılaşmadıqdan sonra isə ona “bandotdel”in İslam adlı əməkdaşı işgəncə vermişdir.
Milli Şura Koordinasiya Mərkəzi qərara gəlib ki, məhkəmə prosesini bundan sonra da diqqətdə saxlasın. Milli Şura həmçinin ölkə ictimaiyyətini, hüquq müdafiəçilərini, eləcə də beynəlxalq ictimaiyyəti bu məhkəmə prosesini bundan sonra da diqqətlə izləməyə çağırıb”, – deyә mәlumatda qeyd olunur. (azadliq.info)
 

 

Google+ WhatsApp ok.ru