Milli Şuranın «Talana və Yalana Son!» şüarı ilə mitinqi - FOTO

Bakı şəhər Baş Polis İdarəsinin yaydığı rəsmi məlumata görə aksiyada 500 nəfərə qədər adam iştirak edib. Polis həm də aksiyada "radikal dini qrupların" olduğunu iddia edir: "Toplantıda ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 
 
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib"  - deyə rəsmi məlumatda bildirilir. 
 
Polis aksiyada hansı "radikal dini qrupların" olduğu barədə ətraflı məlumat vermir. 
 
Aksiyanın təşkilatçılarından olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzadllqRadiosuna deyib ki, mitinqdə radikal dini qrupların iştirak etməsi fikri yalandır: “Tamamilə əsassız məlumatdır. Mitinq Milli Şura tərəfindən çağırılmışdı. Mitinqdə Azərbaycan ictimaiyyətini təmsil edən müxtəlif sosial qrupları təmsil edən insanlar iştirak edirdi. Hər hansı radikal təmayüllü qrup aksiyada iştirak etməyib. Mitinqin təşkilatçısı kimi mən bunu tam məsuliyyətlə deyirəm. Görünür, polis aksiyanı gözdən salmaq üçün belə məlumatları dövriyyəyə buraxır. Tamamilə əsassız və yersiz fikirdir. Aksiyada heç bir radikal qrupun təmsilçisi iştirak etməyib”.
 
Mitinq iştirakçılarını sayına gəldikdə, Fuad Qəhrəmanlı deyir ki, 500 nəfər rəqəmi də yalandır: “Minlərlə insan iştirak edirdi. Meydana kifayət qədər adam toplaşmışdı. Ona görə də 500 rəqəmini demək açlq şəkildə aksiyaçıların sayını təhrif etmək deməkdir. Bu da mitinqdə toplaşan insanların kütləviliyindən narahat olmağın göstəricisidir”.
 
Təşkilatçılar aksiyada 10 min nəfərin iştirak etdiyini deyirlər.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru