Mina faciəsindən 40 gün keçdi

Mina faciəsindən 40 gün keçməsinə baxmayaraq, Səudiyyə Ərəbistanı faciənin baş vermə səbəbləri və həlak olanların dəqiq sayı barədə hər-hansı qaneedici  və şəffaf cavab verməkdən yayınır.  
Maide.az xəbər verir ki, bu faciə 24 sentyabrda Minada baş verib və Ərəbistan rejimi hadisədən iki gün sonra 769 nəfərin öldüyü hüqda xəbər yayıb- lakin daha sonra Səud rejimi həlak olanlar barədə heç bir məlumat verməyib.
Bundan əlavə, müxtəlif ölkələrin çoxlu sayda vətəndaşlarının adları hələ də itkin düşənlərin siyahısında yer alır və onların taleyi barədə həç bir məlumat verilmir.
2 həftə əvvəl Səudiyyə Ərəbistan Səhiyyə Nazirliyindən sızan yeni sənəddə Mina faciəsində 7 mindən artıq  zəvvarın öldüyü bildirilirdi.
Ərəbistan Səhiyyə Nazirliyinin yaydığı yeni sənəddə isə 1508 nəfərin şəxsiyyətinin müəyyən edilmədiyi qeyd edilir- bu insanların adları və ya milliyyəti məlum deyil, onların şəxsiyyətinin müəyyən edilməsi ilə bu kədərli faciədə ölən müxtəlif ölkələrdən gələn hacıların sayının artacağı istisna edilmir./
 

Google+ WhatsApp ok.ru