Ərəbistanlı uşaqlar üçün İŞİD brendli geyimlər- FOTO

Səudiyyə rejiminin mətbuatı ölkənin bazarlarından birində İŞİD brendi ilə hazırlanan uşaq geyimlərinin satıldığı haqqında xəbər yayıb.
 
Maide.az xəbər verir ki, Ərəbistanın “Əl-Cəzirə” qəzetinin saytı bugün 4 oktyabrda yazıb: Təhlükəsizlik qüvvələri Ərəbistanın bufer zonasında mağazalrdan birində üzərində İŞİD adı yazılan geyimlərə rast gəlib. Bu geyimlərdən bəzilərinin üzərində isə partlayıcı kəmər əks olunub.
 
Əl-İqtisadiyyə qəzeti isə bu xəbəri yayaraq qeyd edib ki, bu şəkillər İŞİD-i təbliğ etmək üçün uşaq geyimlərinin üzərində həkk olunub və həmin geyimlər aşkar edildikdən sonra müsadirə edilib./
 
 
 

Google+ WhatsApp ok.ru