Mingəçevir şəhərində `Xanım Zəhra` məscidinin işıqlarını kəsiblər

Dindarların sözlərinə görə, Mingəçevir şəhəri Sağ Sahil qəsəbəsində yerləşən "Xanım Zəhra" məscidinin elektrik xəttlərini kəsiblər.

Bu barədə Mingəçevir şəhər dindarları islamazeri.az-ın redaksiyasına müraciət ediblər. Məscid elektrik təchizatından məhrum olub. Artıq bu gün məsciddə elektrikin olmadığından azan da verilməyib. Məsələ ilə bağlı dindarlar rayon işıq idarəsi ilə əlaqə saxlasalar da problem həll olunmayıb. İdarədən bildirilib ki, bu məsələ onlarlıq deyil, məsələyə birbaşa rayon icra hakimiyyəti özü baxır.
Dindarların sözlərinə görə, idarədən onu da bildiriblər ki, məsciddə sayğac quraşdırılmalıdır. Dindarlar isə bunu rayondakı "Heydər" məscidində sayğacın olmadığı halda həmin məscid üçün elektrikin istifadəyə verilməsini müqayisə ediblər.
/
 

Google+ WhatsApp ok.ru